General-mayor: “Hazırda bütün cəbhəboyu ordumuzun nəzarəti altındadır”

General-mayor: “Hazırda bütün cəbhəboyu ordumuzun nəzarəti altındadır”
19 Okt 2020 16:46


“Ermənistan öz qoşunlarını yenidən toplamağa və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan ordusunun mövqelərinə hücum edib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub:

“Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin “SU-25” təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbiləşməsini göstərdi”.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.