Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb
21 Okt 2020 10:52


Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi nisbətən sabit qalıb.

realpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanla ticarət dövriyyəsində Türkiyə ölkələr arasında ikinci yerdədir. Bu il Türkiyə ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin həcmi 3 milyard 238,1 milyon ABŞ dollarını təşkil edib.

2019-cu ildə ölkə ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 354,6 milyon dollar həcmində olub. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 2 milyard 108,1 milyon dollar dəyərində məhsul ixrac, ölkədən Azərbaycana 1 milyard 130 milyon dollara yaxın məhsul idxal edilib.   

Həmçinin, idxalda əsas ölkələr cədvəlində ötən ilin eyni dövründə üçüncü yerdə olan Türkiyə bu ilin eyni dövründə idxalda İsveçrəni qabaqlayaraq ikinci ölkə olub.  

Qeyd edək ki, ötən il idxalda ikinci ölkə olan və idxal həcmi 1 milyard 201,3 milyon dollar olan İsveçrə bu il idxalda əsas ölkələr siyahısında ilk 15-liyə düşə bilməyib. Belə ki, cari ildə ölkədən 59,3 milyon dollar dəyərində məhsul idxal edilib. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.