Sahibə Qafarova TV24 telekanalına müsahibə verib

Sahibə Qafarova TV24 telekanalına müsahibə verib
23 Okt 2020 17:37


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib. 

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Müsahibədə Milli Məclisin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb.

Bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və söz sahibi olan ölkələrdəndir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

Sədr qeyd edib ki, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib. Təxminən 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır.

“Biz Türkiyəyə güvənirik. Bundan sonra formatın adı nə olursa, olsun - Minsk qrupu da ola bilər, başqa ad da, heç fərq etməz - amma cənab Prezident İlham Əliyevin də dediyi kimi Türkiyə mütləq masada olmalıdır”, - deyə spiker bildirib.

8 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

8 May 2024
Siyasət

Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verilib

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nahar verilib.

8 May 2024
Siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO

Mayın 8-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

8 May 2024
Siyasət

Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”

“Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb”.