Azərbaycanın “yaşıl aptek”i Kəlbəcərin səhiyyə STATİSTİKASI

Azərbaycanın “yaşıl aptek”i Kəlbəcərin səhiyyə STATİSTİKASI
26 Noy 2020 12:47


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən verilən məlumata görə, işğaldan əvvəl rayonda bir Mərkəzi Xəstəxana, bir Uşaq Xəstəxanası, yeddi kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

Həmçinin, burada doqquz aptek vətəndaşlara xidmət göstərib. 

Ümumiyyətlə, Kəlbəcər rayonu “yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Artıq Kəlbəcərdə həyat yenidən canlanacaq. Bütün sahələrdə, o cümlədən, səhiyyə sahəsində dirçəlişin və mühüm yeniliklərin şahidi olacağıq. Çünki, biz Kəlbəcərə qayıdırıq.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.