O, 22 yaşında şəhidlik zirvəsinə ucaldı. Yaşı gənc olsa da, xidmət zamanı nümayiş etdirdiyi yüksək peşəkarlığına görə tağım komandiri vəzifəsinə layiq görülüb.
söhbət Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Səyədulla Əhmədovdan gedir.
O, hələ kiçik yaşlarından hərbə olan marağı ilə seçilib. Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub boya-başa çatan Səyədulla ailənin ilk övladı olub. Ailə üzvlərinin sözlərinə görə, o, hələ uşaqlıqdan zəhmətkeşliyi ilə də fərqlənib.
Şəhidin atası Rasim Əhmədov deyir ki, övladının hələ kiçik yaşlarından hərbə marağı onun 2017-ci ildə xidmət zamanı peşəkar BMP atıcısı kimi yetişməsinə səbəb olub.
Şəhidin anası Yeganə Əhmədova övladının qəhrəmanlıqları ilə fəxr edir. O deyir ki, 44 günlük müharibənin ilk günlərində məhz Səyədulla Əhmədov kimi cəsur əsgər və zabitlərin hərbi uğurları nəticəsində Azərbaycanın düşmən tapdağı altında olan torpaqları işğaldan azad olunub.
Şəhidin əmisi Namazəli Əhmədovun sözlərinə görə, qəhrəman döyüşçümüz Vətən müharibəsində cəbhənin cənub istiqamətində gedən döyüşlərdə sərrast atəşləri ilə dəfələrlə düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi peşəkarlıq nümayiş etdirib.
Sərrast atıcı kimi döyüşlərdə daim öndə gedən Səyədulla oktyabrın əvvəlində iştirak etdiyi hərbi əməliyyat zamanı qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
“Döyüş zamanı qarşımızda tank əleyhinə mina partladı. Ağır yaralandım. Düşmən dayanmadan atəş açırdı deyə, silah yoldaşlarımız bizi çətinliklə döyüş meydanından kənara çıxara bildi. Tez-tez huşum özümdən gedirdi. Xatırlayıram ki, məni Şuşa yaxınlığında meşənin içərisində qoydular və kömək gətirməyə getdilər. Gecə idi, meşənin də ucu-bucağı yox. Yoldaşlarım yerimi itirdilər. Beş gün ac-susuz meşədə yaralı qaldım və növbəti gün ermənilər məni tapdı”.
Vətən müharibəsində itkin düşmüş daha bir əsgərin, Saatlı rayonunun Azadkənd kəndindən Ələm Sərvər oğlu Hüseynovun şəhid olduğu müəyyənləşib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlar arasında 24 yaşlı Bakı sakini Rövşən Mehdiyev də olub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qalıb.