İsmayıllı rayonunda Vətən Müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib - FOTO

İsmayıllı rayonunda Vətən Müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib - FOTO
11 Yan 2021 09:36


Gənclər və İdman Nazirliyinin tövsiyəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Baş İdarəyə daxil olmuş müraciətlərə əsasən, İsmayıllı rayonunda Vətən Müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib.

Tədbir zamanı ailələri ziyarət olunan şəhid Dəmirov Vüsal Aydın oğlu, şəhid  Şıxızadə Tural Ətraf oğlu, şəhid Lətifov Orxan Xancan oğlu idmanın cüdo, karate və qol güləşi növü ilə məşğul olmuş, onlar açıq Bakı və Respublika yarışlarının mükafatçıları olmuşlar.

Şəhid Mirzəyev Aqiıl Mehman oğlu isə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş “İstedadların hazırlığı laboratoriyası” layihəsində fəxri fərmanla təltif olunmuşdur.

Qazi Həmidli Dilqəm və qazi Vüqar Novruzov isə idmanın futbol və katare növləri ilə məşğul olmuş, bir çox yarışlarda uğurla çıxış edərək qalib və mükafatçı olmuşlar.

Görüş zamanı şəhid ailələrinə, valideynlərinə qəhrəman övladlarının vətənin azadlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək Şəhid olduqlarını, igid qazilərin isə bu yolda öz sağlamlıqlarından keçdikləri vurğulanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək şəhid ailələrinin, qazilər və Vətən Müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqlarını, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.

Şəhid və qazi ailələrinin ziyarət tədbirinə İsmayıllı rayon Gənclər və İdman İdarəsi, Bakı Karate-Do Akademiyası və bir qrup fəal vətənpərvər qoşulub. Tədbir zamanı şəhid və qazi ailələrinə ərzaq sovqatları təqdim edilərək mənəvi dəstək göstərilib.

Bakı şəhər Gənclər və Baş İdarəsi bu kimi tədbirləri il boyu davamlı şəkildə keçirməyi planlaşdırır.


16 Yan 2021
Hərbi

35 gün düşmən əsirliyində qalan zabit: “Erməni həkim ayağımı kəsəndə özümdə deyildim” - MÜSAHİBƏ + FOTO

“Döyüş zamanı qarşımızda tank əleyhinə mina partladı. Ağır yaralandım. Düşmən dayanmadan atəş açırdı deyə, silah yoldaşlarımız bizi çətinliklə döyüş meydanından kənara çıxara bildi. Tez-tez huşum özümdən gedirdi. Xatırlayıram ki, məni Şuşa yaxınlığında meşənin içərisində qoydular və kömək gətirməyə getdilər. Gecə idi, meşənin də ucu-bucağı yox. Yoldaşlarım yerimi itirdilər. Beş gün ac-susuz meşədə yaralı qaldım və növbəti gün ermənilər məni tapdı”.

16 Yan 2021
Hərbi

Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir əsgərin, Saatlı rayonunun Azadkənd kəndindən Ələm Sərvər oğlu Hüseynovun şəhid olduğu müəyyənləşib.

16 Yan 2021
Hərbi

“Meşədə altı-yeddi metr qalınlığında beton divarları olan düşmən istehkamları var idi” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlar arasında 24 yaşlı Bakı sakini Rövşən Mehdiyev də olub.

15 Yan 2021
Hərbi

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qalıb. 

15 Yan 2021
Hərbi

Komissiya Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunu davam etdirir

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.