Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, ikinci oğul övladının adını isə sağ ikən arzuladığı Ümid olub. Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyaya gələn körpəni rayon rəsmiləri, sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.
Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci ilin 7-i iyunda dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri, o körpə olduğu vaxt ayrılıb.
Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə həyatdan köçüb. Hər iki valideyinini itirən Elçin hərbi xidmətini başa vurduqdan sona öz dayısı qızı ilə ailə qurub. Bir oğlu dünyaya gəldikdən sonra yenidə müddətdən artıq hərbi xidmətə başlayıb. Piyadaların döyüş maşınında (PDM) – də atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub.
Sentyabrın 30-da isə ailəsinə şəhid xəbəri çatıb.
“Döyüş zamanı qarşımızda tank əleyhinə mina partladı. Ağır yaralandım. Düşmən dayanmadan atəş açırdı deyə, silah yoldaşlarımız bizi çətinliklə döyüş meydanından kənara çıxara bildi. Tez-tez huşum özümdən gedirdi. Xatırlayıram ki, məni Şuşa yaxınlığında meşənin içərisində qoydular və kömək gətirməyə getdilər. Gecə idi, meşənin də ucu-bucağı yox. Yoldaşlarım yerimi itirdilər. Beş gün ac-susuz meşədə yaralı qaldım və növbəti gün ermənilər məni tapdı”.
Vətən müharibəsində itkin düşmüş daha bir əsgərin, Saatlı rayonunun Azadkənd kəndindən Ələm Sərvər oğlu Hüseynovun şəhid olduğu müəyyənləşib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlar arasında 24 yaşlı Bakı sakini Rövşən Mehdiyev də olub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qalıb.