Rusiya Prezidenti Vladimir Putin Moskvada üçtərəfli danışıqlar öncəsi Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Kremldə səmimi şəkildə qarşılayıb.
Bu barədə TASS məlumat yayıb.
Putin İlham Əliyevin əlini sıxıb və qucaqlayıb, daha sonra eyni şəkildə Nikol Paşinyanı salamlayıb. Eyni masa arxasında əyləşən Azərbaycan prezidenti və Ermənistanın baş naziri bir-birilərinə əl uzatmadan salamlaşıblar.
Rusiya prezidentinin çıxışından sonra danışıqlar qapalı qapılar arxasında davam edib.
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Azərbaycanın mikromaliyyə sektoru İkinci Qarabağ müharibəsində şəhidlərin ailələrinə, qazilərə və müharibədən zərər çəkən digər şəxslərə kredit güzəştlərinə başlayıb.
1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri oldu.
Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.