Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu - FOTO

Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu - FOTO
13 Yan 2021 16:08


44 günlük İkinci Qarabağ müaharibəsində şəhid olan əsgərlərimizdən biri də 24 yaşlı Muradov Nadir Əhməd oğludur.

Əslən Göygöl rayonundan olan Nadir Muradov müharibənin ilk günlərindən ön cəbhəyə yollanan qəhrəmanlardan olub.

Şəhidin qardaşı Əbil Muradov realpress.az-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, qardaşı ilə sonuncu dəfə elə sentyabr ayında danışıblar:

“Müharibə başlayanda qardaşım mənə dedi ki, döyüşə gedir. Təkcə Murov dağı istiqamətinə hərəkət edən dəstələrin içərisində olduğunu bildim. Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Biz müharibə dövründə qardaşımla əlaqə saxlaya bilmədik”.

İlk olaraq itkin olduğu deyilən çavuş Nadir Muradovun şəhid olması xəbərini ailəsinə komandirləri və əsgər yoldaşları veriblər:

“Biz onu itkin bilirdik, axtarırdıq. Amma siyahıda adı yox idi. Sonradan bildik ki, minaya düşərək şəhid olub. Atamı çağırdılar və qardaşımın nəşinin təyin edilməsi üçün DNT testi verdik. Ötən gün qardaşımı Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırdıq”.


22 Yan 2021
Hərbi

Suqovuşanda üz-üzə döyüşdə erməni zabiti məhv edən cəsur əsgər - VİDEO

Vətən müharibəsində xalqımızın neçə-neçə igid oğlu özqəhrəmanlığı ilə yadda qaldı. Onlardan biri də Mirzəyev Teymur Nəsimi oğludur.

22 Yan 2021
Hərbi

Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü - FOTO

Cəlilabad rayonunda şəhidlə keçirilən vida mərasimində onun nənəsi ürəktutmasından dünyasını dəyişib.

22 Yan 2021
Hərbi

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Daxili Qoşunların çavuşu

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Ramazan Hilal oğlu Vəliyevdir.

22 Yan 2021
Hərbi

Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

22 Yan 2021
Hərbi

Erməniləri qorxuya salan hərbi təlimlər - VİDEO

Fevralın 1-dən 12-nə qədər Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi gözlənilir. İki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi Ermənistanı narahat edir.