“Bu tədris ilində 38 nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəxri fərmanla təltif edilib”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri qeyd edib ki, ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub.
“Bu il imtahanda iştirak edən 50 nəzarətçi-müəllim Vətən Müharibəsində iştirak ediblər. Onlardan 4 nəfəri şəhid olub”, - deyə M.Abbaszadə əlavə edib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.