Polad Həşimovun qisasını almağa gedən şəhid - VİDEO

Polad Həşimovun qisasını almağa gedən şəhid - VİDEO
14 Yan 2021 17:44


Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqq savaşında yüzlərlə igid şəhid oldu. 44 günlük Vətən müharibəsində şəhid olanlardan biri də Nicat Şükürlüdür.

O, 1991-ci ildə Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. Tam orta təhsilini 49 nömrəli məktəbdə alan Nicat məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2014-cü ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olur və 2018-ci ildə Universiteti yüksək qiymətlərlə bitirir.

2020-ci ildə Tovuz döyüşlərindən sonra adını könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazdırır. Vətən müharibəsi başlayanda isə döyüşə yollanır. Cəbhəyə getdiyi ilk gündən öz cəsarəti, çevikliyi ilə fərqlənərək Manqa komandiri seçilir. 11 oktyabr Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır. Nicat Şükürlü Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

“Report”un çəkiliş qrupu şəhidin evində yaxınları ilə həmsöhbət olub.

Şəhidin anası Aybəniz Şükürova oğlunun daim qoçaq, mərd olduğunu deyib. O bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov şəhid olandan sonra Nicat heç rahatlıq tapa bilmirdi: “Elə həmişə deyirdi ki, Polad Həşimovun qisasını almaq lazımdır. Buna görə də gedib könüllü müharibəyə yazılmışdı”.

Atası Ayaz Şükürlü isə bildirir ki, oğlu kişi kimi döyüşdü, kişi kimi də şəhid oldu: “Nicat uşaq yaşlarında çox əqidəli, ağıllı, savadlı uşaq idi. Həmyaşıdlarından daim seçilirdi. Vətən sevgisi həddindən artıq böyük idi. Tovuz hadisələri, generalımızın ölümündən sonra rahatlıq tapmırdı. Müharibə başlayanda bir məqsədi var idi - ölkənin ərazi bütövlüyünü bərpa etmək. Həmişə deyirdi ki, biz gələcək nəsillərə bu müharibəni buraxmamalıyıq”.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.