Ermənilər dahilərimizin güllələnən büstlərini Azərbaycana pulla satıbmış – Prezident DANIŞDI

Ermənilər dahilərimizin güllələnən büstlərini Azərbaycana pulla satıbmış – Prezident DANIŞDI
15 Yan 2021 15:22


“Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib.

Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar”.

Bunu Prezident İlham Əliyev Şuşaya səfərində deyib.

“Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, o vaxt Polad Bülbüloğlu bundan xəbər tutub və ulu öndər Heydər Əliyevə müraciət edib:

“Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.

7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.