Azərbaycanda neft-qaz sektoruna yatırılan sərmayə həcmi artıb

Azərbaycanda neft-qaz sektoruna yatırılan sərmayə həcmi artıb
19 Yan 2021 17:31


2020-ci ildə əsas kapitala 17 milyard 28,1 milyon manat məbləğində, yaxud 2019-cu illə müqayisədə 8,3 faiz az vəsait yönəldilib.

realpress.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 11 milyard 175,8 milyon manatı və ya 65,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 485 milyon manatı və ya 26,4 faizi xidmət sahələrinə, 1 milyard 367,3 milyon manatı və ya 8 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 911,1 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil edib.

Sərmayə qoyuluşunun 10 milyard 954,1 milyon manatı və ya 64,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, büdcə vəsaitləri 27,6 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, sair vəsaitlər 8,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 faiz təşkil edib.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.