Sabahdan milli parklara giriş bərpa edilir - RƏSMİ + ÖZƏL

Sabahdan milli parklara giriş bərpa edilir - RƏSMİ + ÖZƏL
21 Yan 2021 09:45


“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində yanvarın 22-dən milli parkların qapıları ziyarətçilər üçün açıqdır”.

Bu barədə realpress.az-ın sorğusuna cavab olaraq, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

Onun sözlərinə görə, Milli parklar əvvəlki rejimdə, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:

“Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.