Qarabağa ilk olaraq hansı istiqamətlərdən marşrut xətləri olacaq? - AÇIQLAMA

Qarabağa ilk olaraq hansı istiqamətlərdən marşrut xətləri olacaq? - AÇIQLAMA
21 Yan 2021 12:55


İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işləri davam etdirilir. Bu ərazilərə investisiya yatırmaq istəyən sərmayədarların sayı da artır.

İlk olaraq hansı ərazilərə avtobus xətləri açılacaq? Nəqliyyat xətləri yenidən qurulacaq?

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev məlumat verib. O bildirib ki, daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək:

“Həmin ərazilərdə təxminən 22 avtomobil nəqliyyatı təsərrüfatı olub. Bu səbəbdən də biz avtomobil nəqliyyatı infrastrukturunu tamamilə yenidən quracağıq. Artıq bu istiqamətdə işlərə start verilib.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam, Xocavənd rayonlarının əraziləri, eləcə də Şuşa şəhəri üzrə müəyyən araşdırmalar həyata keçirilib. Orada avtomobil nəqliyyatı infrastrukturunun qurulması üçün təkliflər hazırlamışıq. Bu proses məskunlaşmaya uyğun olaraq aparılacaq”.

“Füzuliyə yaxın olan Horadiz şəhərindən Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətində marşrutlar nəzərdə tutmuşuq. Eyni zamanda Ağdamdan Şuşa istiqamətinə marşrut xəttinin olması gözlənilir. Gəncə, Yevlax, Beyləqan, Bərdə şəhərlərindən və Bakı şəhərindən müxtəlif istiqamətlər üzrə birbaşa marşrutlar təmin olunacaq”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.