Zorlu: “Qarabağdakı mədənlərin Azərbaycan tərəfindən istifadəsi digər ölkələrin sektorlarına da təsir edəcək”

Zorlu: “Qarabağdakı mədənlərin Azərbaycan tərəfindən istifadəsi digər ölkələrin sektorlarına da təsir edəcək”
28 Yan 2021 13:30


Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının köşə yazarı, professor Kürşad Zorlu Qarabağda qızıl ehtiyatlarını Azərbaycanın istifadə etməsinin üstünlüyündən yazıb.

Onun sözlərinə görə, dünyada qızıl və mis qiymətlərindəki artım davam edərkən, bu mədənlərin Azərbaycan tərəfindən yenidən istifadəsi təkcə Azərbaycan iqtisadiyyatına deyil, onunla əlaqəli digər ölkələrin sektorlarına da təsir edəcək.

Zorlu qeyd edir ki, Qarabağdakı yalnız qızıl ehtiyatlarının təxmin edilən dəyərinin 8 milyard dollardan yüksək olduğu bildirilir:

“Bu səbəbdən Azərbaycanın təzminat tələbləri çox uyğundur. Həmin mədənlərdən 28 illik dövrdə haqsız olaraq əldə edilmiş gəlirlərin hesabı da açıqlanmalıdır.

Bu müddətdəki vacib prioritetlər ziyanın doğru/obyektiv qiymətləndirilməsi, şəffaf/təsirli xalq diplomatiyası və beynəlxalq təşkilatlar qarşısında qanuni təşəbbüslərin həyata keçirilməsidir”.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.