Yollardakı son vəziyyət AÇIQLANDI

Yollardakı son vəziyyət AÇIQLANDI
25 Fev 2021 17:33


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

AAYDA-dan verilən məlumata görə, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Giləzi – Xızı yolunda yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı – Qobustan yolunda yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan - Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu – Yevlax avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı - Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Ucar – Yevlax yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən – Xoşbulaq yolunda daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı - Yardımlı avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunda yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Bəhramtəpə - Horadiz yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.