“Sinhua” agentliyinin İspaniya bölməsi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO

“Sinhua” agentliyinin İspaniya bölməsi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO
01 Mar 2021 10:37


“Sinhua” agentliyinin İspaniya bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı ilə əlaqədar məqalə dərc edib.

“Azərbaycan Prezidenti: “Çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər” adlı məqalədə deyilir:

“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da çinli tərəfdaşların COVID-19-a qarşı peyvənd tədarükü üzrə öhdəliklərini yerinə yetirdiklərinə görə təqdir edib, eyni zamanda vaksinlərin qlobal paylanmasında açıq-aşkar bərabərsizliklə bağlı narahatlığını bildirib.

“Həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar... Belə çıxır ki, kiməsə çatmayacaq”, - deyə prezident onlayn formatda qatıldığı mətbuat konfransında bildirib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan lap əvvəldən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən beynəlxalq “COVAX” peyvənd mübadiləsi təşəbbüsünə qoşulub.

Çinli tərəfdaşların öz öhdəliklərinə sadiq qaldıqlarını qeyd edən prezident ölkəsinin alınmalı olan başqa peyvəndləri hələ də almadığını söylədi. O, Azərbaycanın “COVAX” təşəbbüsü üzrə “AstraZeneca” - “Oxford”, “Pfizer” - “BioNTech” və “Moderna” peyvəndlərini hələ almadığını vurğulayıb.

“Özü də bizə onları nə vaxt alacağımızı demirlər”, - deyə dövlət başçısı əlavə edib.

Azərbaycanda COVID-19-a qarşı kütləvi vaksinasiya Çinin əczaçılıq şirkəti “Sinovac” tərəfindən hazırlanmış “CoronaVac” preparatı istifadə olunmaqla yanvar ayından başlayıb.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.