Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO

Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO
02 Mar 2021 12:43


Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransı bir sıra aktual məsələlərin səsləndirilməsi beynəlxalq medianın diqqətini üzərinə çəkib

Ümumiyyətlə son altı ayda Prezident İlham Əliyevin çıxışları dünya mediyası, eləcə də ölkə ictimaiyyətinin müzakirəsinə səbəb olur.

Prezident dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verməsi onun natiqlik məharətini də üzə çıxarıb. 

Millət vəkili Hikmət Babaoğlu Baku TV-yə bildirib ki, media adlandırılan “yumşaq güc” vasitəsinin imkanlarından dünyanın heç bir siyasi lideri bu qədər effektiv istifadə etməyib:

“Azərbaycan prezidentinin mediyanın bu imkanlarından istifadə etməsi, bir dildən digər dilə çox rahat keçməsi bir liderin öz ölkəsinin maraqlarını məharətlə dünyaya çatdırmaqdır. Bu dünya liderləri arasında görünən yeni bir təcrübə idi”.

Millər vəkili Cavid Osmanovsa bildirib ki, Prezident bütün sualları əsaslı faktlara söykərək, dəqiq və ətraflı cavablandırdı:

“Bu mətbuat konfransını Prezidentin özünün şəxsən rəhbərlik etdiyi Azərbaycanın informasiya müstəvisində, o cümlədən diplomatik sahədə qazandığı növbəti şanlı qələbə kimi qiymətləndirmək olar”.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.