Sistit - yaz mövsümünün aktual problemi

Sistit - yaz mövsümünün aktual problemi
01 Apr 2021 11:10

Sirr deyil ki, yaz fəsli bir çox iltihabi xəstəliklərin baş qaldırması və xroniki proseslərin kəskinləşməsi dövrüdür. Sidik kisəsinin iltihabi xəstəliyi olan sistit də həmçinin istisna deyil. Məlumdur ki, bu dövrdə sistit ilə xəstələnmə halları başqa dövrlərə nisbətən daha artıq olur. Bu da orqanizmin ümumi müqavimətinin azalması fonunda patogen mikrofloranın aktivləşməsi ilə əlaqədardır.

Sistit daha çox qadınlar arasında (80%) rast gəlinir, bu da onların sidik kanalının anatomik quruluşu ilə bağlıdır. İnfeksiya qısa sidik kanalından sidik-cinsiyyət sisteminə daha rahat keçərək iltiha­­­bın yaranmasına səbəb olur. Statistikaya görə hər dörd qadından biri həyatı boyu 1 dəfə olsa da sistit­lə xəstələnir. Kişilərdə bu patologiyaya daha az təsadüf olunur və yalnız 0,5% -də xroniki formaya keçir.

Sistitin yaranmasının əsas səbəbləri: Uroloqlar daha çox aşağıdakı səbəbləri göstərirlər: soyuqlama; “qeyri-uyğun” geyimlər (soyuq mövsümə uyğun olmayan, yüngül geyimlər və ya dar, çanağı sıxan geyimlər); oturaq, az hərəkətli həyat tərzi; şəxsi, əsasən də cinsi gigiyena qaydalarına əməl olunmadıqda; hipovitaminozlar və müxtəlif səbəblərdən yaranan immun sistemin zəifliyi; sidiyi saxlamaq adəti; stress, yorğunluq, yuxusuzluq; menopauza, şəkərli diabet; yeməklərdə çox kəskin, acı ədviyyatlardan istifadə etmək, həmçinin çox qızardılmış yeməklərə üstünlük vermək.

Sistitin əsas əlamətləri: tez-tez və qırıq-qırıq sidiyə getmə; sidik ifrazı zamanı ağrı və göynəmə hissi; pis qoxulu, bulanıq sidik, bəzən sidikdə qan; beldə ağrılar; zəiflik və tez yorulma; temperaturun yüngül qalxması. Bəzən xəstələr bu xəstəliyə barmaqarası baxırlar, mütəxəssisə müraciət etmədən özünümüalicə ilə məşğul olurlar və bununla da xəstəliyin gedişini xroniki edirlər.

Sistitin profilaktikası üçün tövsiyyələr. İlk öncə yuxarıda sadalanan risk faktorlarından uzaq durmaq, gün ərzində 2 litrə qədər su içmək, çay və qəhvə qəbulunu azaltmaq, şəxsi gigiyena qaydalarına əməl etmək, mövsümə uyğun isti geyinmək, dar, çanağı sıxan geyimdən uzaq olmaq, kifayət qədər fiziki aktivliklə məşğul olmaq, vaxtında yatmaq.

Sistitin müalicəsi üçün ənənəvi olaraq antibakterial dərmanlar tətbiq olunur. Bununla belə sidikçıxarıcı yolların istənilən infeksiyalarının müalicəsində əsas məqsəd xəstəliyin xroniki formaya keçməsinin və residivlərin qarşısını almaqdır. Mütəmadi və nəzarətsiz olaraq antibiotiklərin qəbulu, xəstəliyə səbəb olan mikroblarda rezistentlik, yəni davamlılıq yarada bilər. Bu səbəbdən Avropa Uroloqlar Cəmiyyəti antibiotiklərlə müalicəni bitki mənşəli fitopreparatlarla kombinə etməyi məsləhət görür.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.