Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 34 344 nəfər olub.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 459, ikinci mərhələdə isə bu rəqəm 13 885 nəfər təşkil edib.
Bu günə qədər Azərbaycanda ümumilikdə 982 291 ədəd vaksin vurulub.
Ölkə üzrə ümumilikdə birinci mərhələ peyvənd olunanların sayı 611 471 nəfər təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 370 820 olub.
Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.
“İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır”.
Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib.