Qəbul edilən yeni dövlət standartı işçiləri əhatə edəcək

Qəbul edilən yeni dövlət standartı işçiləri əhatə edəcək
08 Apr 2021 11:41


İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən realpress.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Standartlaşdırma İnstitutu Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi dövlət standartı qəbul edilərək dövlət fonduna daxil edilib.

Bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.

Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.

Sahibkarlıq subyektləri və digər maraqlı şəxslər dövlət standartının tam mətnini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu Publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə əldə edə bilərlər.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.