Hindistanda son sutkada 131 900 nəfərdə koronavirus aşkarlanıb.
bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Ölkədə koronavirusa yoluxanların sayı 13 059 574 nəfərə çatıb.
COVID-19-un qurbanlarının ümumi sayı isə 167 mini ötüb. 11,9 miyondan çox pasiyent koronavirusdan sağalıb. Virusa yoluxan 979 min şəxsin müalicəsi davam edir.
Qeyd edək ki, aprelin 8-də 126 789 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.