Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTO

Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTO
20 Apr 2021 17:26


Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

Öncə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili çıxış edərək quruma üzv ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi, Şərq Tərəfdaşlığı bölgəsində təhlükəsizliyin təmin edilməsi və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışıblar. Həmsədrlər bölgədə gedən siyasi proseslərə toxunublar, böhranların tənzimlənməsi zərurətinə diqqət yönəldiblər. Hazırkı pandemiya dövründə yalnız bütün ölkələrin birgə mübarizəsi, həmrəyliyi şəraitində koronavirus infeksiyasına qalib gəlməyin mümkün olduğu vurğulanıb.

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi dünyanı bürüyən pandemiya şəraitində bölgədəki insanların həyatını xilas etmək üçün görülən işlərdən danışıb, koronavirus infeksiyasına qarşı peyvənd təminatı məsələsinə toxunub. Şərq Tərəfdaşlığı ölkələrində qonşuluq münasibətlərinin tənzimlənməsi, bir sıra sahələrdə inteqrasiyanın, iqtisadiyyatın inkişafına investisiya qoyulmasının vacibliyindən və digər məsələlərdən bəhs edib.

Avropa Komissiyasının vitse-prezidenti Luk Deviqne Şərq Tərəfdaşlığı ölkələrindəki siyasi vəziyyəti təhlil edib.

Plenar iclasda Avronest PA-nın 9-cu sessiyasında iştirak edən milli parlamentlərin təmsilçiləri öz çıxışlarında bir sıra lokal proseslərə münasibətlərini açıqlayıblar.

David Sassolinin rəsmi açılış mərasimindəki nitqi dinlənildikdən sonra fasilə elan olunub.

Avronest PA-nın plenar iclası bu gün işini davam etdirəcək.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".