Doğulduğu gündə şəhidlik zirvəsinə ucalan Xəyyam Əzizovun döyüş yolu - FOTO

Doğulduğu gündə şəhidlik zirvəsinə ucalan Xəyyam Əzizovun döyüş yolu - FOTO
03 May 2021 17:24


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından biri də baş leytenant Xəyyam Əzizovdur. 

realpress.az xəbər verir ki, doğulduğu gün şəhidlik zirvəsinə ucalan Əzizov Xəyyam Əli oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edənlərdən olub. 

Qəhrəmanımız Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanıb.

Lakin döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayıb və yaralı halda sona kimi döyüşməyi seçib. Noyabrın 8-də Şuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq şəhid olub.

Öz doğum günündə şəhid olan Xəyyam Əzizov Neftçala rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.