Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı - FOTO
04 May 2021 11:49


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklonnaya qora”da qurulmuş Ramazan çadırında Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də Ramazan çadırının təşkilatçılarına təşəkkürlərini bildiriblər.

“Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, “AMOR” və “İRS-Naslediye” jurnalları paylanıb.

İftardan əvvəl Müqəddəs Qurani-Kərimdən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.


15 May 2021
Siyasət

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

15 May 2021
Siyasət

Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

15 May 2021
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Qəbələ rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.

15 May 2021
Siyasət

“Xarıbülbül”: Tarixə düşən festival – ŞUŞADAN REPORTAJ+FOTO/VİDEO

12 may, 02:00. Təxminən 20 avtobusdan ibarət karvan Bakıdan Şuşaya doğru yola çıxır. Hamının əhvalı yüksəkdir. Avtobusda olanların əksəriyyəti əvvəllər Şuşanı yalnız foto və videotəsvirlərdə gördüklərini etiraf edirlər.

14 May 2021
Siyasət

“Xarıbülbül” festivalında Heydər Əliyevin nitqi ayaqüstə alqışlanıb – VİDEO

Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konsertlə davam edib.