Vətən müharibəsində düşmənə endirilən ilk aviazərbənin təfərrüatı açıqlanıb - FOTO

Vətən müharibəsində düşmənə endirilən ilk aviazərbənin təfərrüatı açıqlanıb - FOTO
17 May 2021 13:13


“Polkovnik-leytenant Əliyar Əsgərov, mən və mayor Sabir Nəsirov rəhbərlik tərəfindən müəyyən edilmiş istiqamətdə düşmənin motoatıcı birləşməsinə zərbə endirmək əmri aldıq. İlkin olaraq Əliyar Əsgərov tapşırığı icra etdi, sonra mən və mayor Sabir Nəsirov verilən hədəfə zərbə endirdik. İlk döyüş uçuşumuz belə oldu”.

“Report” xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı müharibə dövründə döyüş uçuşlarından danışarkən deyib.

O, daha sonra Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan istiqamətində döyüş uçuşları həyata keçirdiyini bildirib: 

“Təbii ki, bu uçuşlar hər birimizin yaddaşında silinməz izlər qoyub. Çünki uzun illər sağalmayan yaramızı sağaltmaq, Qarabağı azad etmək üçün düşməni məhv etmək tapşırığı almışdıq. Atdığımız hər aviasiya bombası bizi tarixi zəfərə bir addım da yaxınlaşdırırdı. Hər döyüş uçuşundan sonra verilən hədəfin dəqiq məhv edildiyi informasiyasını alanda növbəti uçuşa daha da həvəslə hazırlaşır, düşməni darmadağın etmək üçün illər uzunu qazandığımız uçuş təcrübəsini ortaya qoyurduq.

Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Vətəndaş olaraq torpaqlarımızın azad olunmasına, Qarabağ həsrətinin bitməsinə çox sevindim. Hərbçi olaraq isə qürurlandım. Çünki bu müharibənin fəal iştirakçılarından, uğur əldə edən zabitlərindən idim. 44 gün ərzində döyüş uçuşları həyata keçirərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdim. Qüruruma qürur qatan, məni gənc yaşımda sevindirən, təyyarəçi olaraq öz üzərimdə daha da çalışmağa sövq edən isə döyüş əməliyyatları başa çatdıqdan sonra Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməyim oldu. Bu təltif tək mənim yox, hər birimizin uğuru idi”.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.