Teymur Rəcəbov Dubayda dünya şahmat tacı uğrunda mübarizəni izləyəcək - FOTO

Teymur Rəcəbov Dubayda dünya şahmat tacı uğrunda mübarizəni izləyəcək - FOTO
25 Noy 2021 14:05


Azərbaycanlı qrossmeyster, şahmatçımız Teymur Rəcəbov BƏƏ-nin Dubay şəhərinə yollanıb.

realpress.az-ın xəbərinə görə, Rəcəbov Sloveniyada keçirilmiş komandalararası Avropa çempionatında iştirak etdikdən sonra Dubayda norveçli dünya çempionu Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında keçiriləcək şahmat tacı uğrunda mübarizəni canlı izləyəcək.

Yarışı izləyənlər arasında 2007-2013-cü illər arasında dünya çempionu olmuş hindistanlı Vişvanatan Anand da olacaq.


Qeyd edək ki, dördqat dünya çempionu Maqnus Karlsen (2013, 2014, 2016, 2018-ci illərdə dünya çempionu olub – S.M.) öz titulunu qorumaq üçün bugündən etibarən Yan Nepomnyaşiyə qarşı mübarizəyə başlayacaq.


8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

6 May 2024
İdman

Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq

Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.