Britaniyalı məşhur müğənni Adel “Brit Awards”ın üç mükafatına layiq görülüb – “ilin musiqiçisi”, “ilin mahnısı” ("Easy On Me") və “ilin albomu” ("30").
Onun “30 Years” albomu 2021-ci ildə ən çox satılan albomu olub - cəmi altı həftə ərzində 600.000-dən çox nüsxə satılıb. Müğənni mükafatını oğluna və keçmiş ərinə həsr edib.
Adeldən başqa Ed Şiran, reper Deyv, reper Little Simz və bəstəkar Sam Fender “İlin musiqiçisi” nominasiyasına iddialı olublar.
“Ən yaxşı beynəlxalq ifaçı” - Billi Ayliş, “Beynəlxalq Mahnı” – “Good 4 U” (Olivia Rodrigo), “Pop ifaçı” - Dua Lipa, “Yeni britaniyalı artist” - Little Simz, “Birtaniya qrupu” – “Wolf Alice”, “Beynəlxalq qrup” – “Silk Sonic”, sonqrayter - Ed Şiran seçilib.
Mənbə: Gazeta.ru
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.