Məşhur sənətçi evində ölü tapıldı

Məşhur sənətçi evində ölü tapıldı
18 Fev 2022 15:32

Polşa əsilli almaniyalı rəssam, fotoqraf, rejissor və yazıçı Sebastian Bieniek evində ölü tapılıb.

46 yaşlı Bieniek birdən çox qabırğasının sınığı səbəbiylə ağciyər qanaması nəticəsində həyatını itirib.

Bieniekin meyiti ölümündən 3 gün sonra tapılıb.

O, sonuncu dəfə 6 fevral 2022-ci ildə Berlindəki “Prasnik” restoranında görülüb.

Hadisə şahidinin dediyinə görə, sərxoş vəziyyətdə olan Bieniek saat 2:30 radələrində barı tərk etməzdən əvvəl bir neçə narkotik satıcısı ilə mübahisə edib. İddialara görə, Bieniek gedəndən sonra bu şəxslər məşhur sənətçinin arxasınca gedib, onu hardasa tələyə salıb və qabırğaları sınana qədər döyüb təpikləyiblər.

Cinayətkarlar qaçan kimi Bieniek xəstəxananın təcili yardım otağına aparılıb. Həmin vaxt heç bir ağırlaşma əlaməti olmayan sənətçinin bir neçə qabırğasının sınığı da aşkarlanıb. Bieniek saat 04:00 radələrində evə buraxılıb.

İki gün sonra Bieniekin qabırğasındakı sınıqlar onun qaraciyərinin qanla dolmasına səbəb olub. Məşhur sənətçi qanında boğularaq dünyasını dəyişib.

Mənbə: Haber Global

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.