“Victoria's Secret”in modelləri necə incə qala biliblər? - İllərlə gizli qalanlar üzə çıxdı - FOTO

“Victoria's Secret”in modelləri necə incə qala biliblər? - İllərlə gizli qalanlar üzə çıxdı - FOTO
18 Fev 2022 15:35

İllərdir bədən quruluşu ilə görənləri valeh edən “Victoria's Secret”in modellərinin necə incə qaldığı məlum olub.

Son illərdə moda nümayişləri etməsələr belə, onların heyrətamiz bədən quruluşları maraq doğuran mövzu olmaqda davam edir.

2010-2013-cü illərdə “Victoria's Secret” üçün modellik edən Erin Hezerton bu barədə danışıb.

Model deyib ki, dietoloq onlara məsləhət vermək əvəzinə amfetamin (mərkəzi sinir sistemini stimullaşdıran, enerji artıran və iştahı azaldan dərman) kimi dərman verib:

“Mənim müalicəmə piylənmə üçün istifadə edilən “Phentermine”lə başladı. Özümə hamiləlik zamanı istehsal olunan hormon- HCG vururdum”.

Arıqlamaq lazım olduğunu düşünən Erin sonradan digər modellərin sınadığı üsulu sınamağa başlayıb. Hər səhər şəkər xəstəsi kimi qarnına iynə vurub.

Erin indiki həyatında daha xoşbəxt olduğunu deyib və əlavə edib ki, heç kimin qida pozğunluğu ilə mübarizə aparmasını və ya bədəninə nifrət etməsini istəmir.

 

Mənbə: Yeniçağ


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.