Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - YENİLƏNİB

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - YENİLƏNİB
27 Sent 2022 12:03


Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

realpress.az xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. 

09:06

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

realpress.az xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq.

Həmçinin, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

8 May 2024
Cəmiyyət

“Xalqın adamı” adlı film nümayiş olunub - FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

8 May 2024
Cəmiyyət

Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

8 May 2024
Cəmiyyət

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt AÇIQLANDI

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.

8 May 2024
Cəmiyyət

Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi - FOTO

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi küçəsi, 32A ünvanındakı park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.