Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı bizim haqlı işimizə davamlı dəstək verirdi”

Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı bizim haqlı işimizə davamlı dəstək verirdi”
04 Okt 2022 13:28


“İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib.

“Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq”, - dövlət başçısı bildirib.

2 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

2 Okt 2023
Siyasət

Azərbaycan Qazaxıstanla hərbi təlimlərə başlayır - FOTO

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimi keçirilir.

2 Okt 2023
Siyasət

İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

2 Okt 2023
Siyasət

Azərbaycan Prezidenti: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”

“Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”.

2 Okt 2023
Siyasət

Prezident İlham Əliyev: “Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik”

“Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq.