Azərbaycan Prezidenti: “Erməni barbarlığının və vandalizminin miqyası heyrət doğurur”

Azərbaycan Prezidenti: “Erməni barbarlığının və vandalizminin miqyası heyrət doğurur”
05 Okt 2022 12:22


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edənlər erməni barbarlığının və vandalizminin miqyasından heyrətə gəlirlər”.

bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, bir sıra xarici nümayəndə heyətləri və KİV nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər edib və ermənilərin orada törətdikləri bütün dağıntıları öz gözləri ilə görüblər.

“Erməni barbarlığının və vandalizminin miqyası o qədər heyrətamizdir ki, Azərbaycanın bu bölgəsinə səfər etmiş insanların çoxu özlərini mənəvi cəhətdən tükənmiş hiss edirlər. Siz Ağdamda, Füzulidə və işğal altında olmuş Azərbaycanın digər ərazilərində yaşayan azərbaycanlıların hansı hisslər keçirdiyini təsəvvür edə bilərsiniz. Onlar gəlib bir vaxtlar yaşadıqları evləri tapa bilmirlər, çünki işğal dövründə hər şey tamamilə dağıdılıb”, - Prezident söyləyib.

1 Dek 2023
Siyasət

Sahibə Qafarova Çexiyada rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib.

1 Dek 2023
Siyasət

Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.

1 Dek 2023
Siyasət

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

1 Dek 2023
Siyasət

Krımda qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.