Rumıniya Prezidenti: “Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq”

Rumıniya Prezidenti: “Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq”
03 Fev 2023 12:18

“2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır”.

AZƏRTAC xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Klaus Yohannisin sözlərinə görə, Rumıniya Avropanın enerji tələbatlarının qarşılanmasında Azərbaycana və Cənub Qaz Dəhlizinə mühüm töhfəsini verdi və bunu etiraf etdi.

“Rumıniya Mərkəzi və Cənub Şərqi Avropada yeni bazarlara doğru dəhlizin inkişafına və genişləndirilməsinə yönəlmiş səylərə qoşulmaqda öz davamlı öhdəliyini qeyd edir. Biz artan milli istehlakımızı əhatə etmək üçün Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq”, - deyə Rumıniya Prezidenti vurğulayıb.


18 Mar 2023
Siyasət

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

18 Mar 2023
Siyasət

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

18 Mar 2023
Siyasət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.

18 Mar 2023
Siyasət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir.

18 Mar 2023
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.