Vyanada fəvvarələr yaşıl rəngə boyandı - FOTO

Vyanada fəvvarələr yaşıl rəngə boyandı - FOTO
30 Mar 2023 10:34

“Extinction Rebellion” ekohərəkətinin üzvləri Vyanada etiraz aksiyası keçirib.

Onlar şəhərin altı fəvvarəsini yaşıl rəngə boyayıblar.

Hazırda səlahiyyətli orqanların qərarı ilə bəzi fəvvarələrdə su axını dayandırılıb.

Bu barədə Avstriyanın “Wiener Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, ekohərəkət üzvləri qazla bağlı konfransın “Vienna Marriott” otelində keçirilməsindən hiddətləniblər. Belə tədbirlərin keçirilməsinə etiraz olaraq fəallar şəhərin altı fəvvarəsini yaşıl rəngə boyayıblar.

Aksiya iştirakçıları həmçinin “Yaşıl qaz - çirkli yalandır” qraffiti mesajını veriblər və bu yanacaq növünün ekoloji cəhətdən təmiz olmadığına işarə ediblər.

Buna baxmayaraq enerji məsələləri üzrə ekspert Qrinpis Jasmin Dyureqqer bəyan edib ki, qazın hidrogenlə əvəz edilməsi mümkünsüzdür.

 


8 May 2024
Dünya

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyanın cənub əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

8 May 2024
Dünya

Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub

Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub.

8 May 2024
Dünya

Avro ucuzlaşdı, lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

8 May 2024
Dünya

İranda nəhəng qum fırtınası - VİDEO

İranın şimal şərq ərazilərində nəhəng qum fırtınası meydana gəlib.

8 May 2024
Dünya

ABŞ-də birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı - VİDEO

ABŞ-də idarəsi üçün pilot lisenziyası tələb olunmayan birnəfərlik “Helix” elektrik təyyarələrinin satışına başlanılıb. Onunla ancaq aeroportlardan kənarda uçuşlara icazə verilir.