“Avroviziya-2019”un yadda qalan perfomansları - VİDEO

“Avroviziya-2019”un yadda qalan perfomansları - VİDEO
15 May 2019 11:42


Ötən gecə İsrailin paytaxtı Təl-Əviv şəhərində 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasının ilk yarımfinalı baş tutub. 

Realpress.az xəbər verir ki, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında keçən möhtəşəm gecədə tamaşaçıların diqqətini fərqli, standartlardan kənar, bir-birindən rəngarəng və göz oxşayan çıxışlar çəkib.

Şounu ilk açan isə Kipri təmsil edən Tamta olub. Seksual və cazibədar ifaçı “Replay” oxuyub. Onun səhnə performansı Ukraynanı yarışmada təmsil etməyə hazırlaşan, lakin müəyyən səbəblərdən qatıla bilməyən Maruvun mahnısı və səhnə şousu ilə bənzərlik təşkil edib. Mahnısında olan ritmlər də buna zəmin yaradıb.

 
Finala vəsiqə qazanan Avstaliya təmsilçisi, opera müğənnisi Kate Miller-Heidkenin gecədəki çıxışı hər kəsi heyrətləndirib. Unikal işıq və vizual effektlərlə bəzədilən səhnədə Kate rəqqaslarla birlikdə sanki kosmosda uçurmuş kimi görüntü yaradıb. 
 

“Friend Of A Friend” mahnısı ilə Çexiyanı layiqincə təmsil etməyi bacaran “Lake Malawi” qrupunun səhnədə yaratdığı füsunkar şousu tamaşaçıları həm təəcübləndirib, həm də yarışmada uğur qazanmağa nail olub. 

Belarus təmsilçisi Zena “Like it” bəstəsi ilə rəngarəng gecəyə əlavə rəng qatıb. Zenanın səhnədəki şousu və ifası onu finala kimi yüksəldib.

Qeyd edək ki, mayın 18-də, yəni şənbə günü keçiriləcək yarışmanın final mərhələsinə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya vəsiqə qazanıb. Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan, Portuqaliya finala keçməyib.

Müğənni Çingiz Mustafayev mahnı yarışmasında Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək. Çingiz səsləndirdiyi mahnıda muğam oxuyacaq. 

Rəşad Əliyev

20 Sent 2019
Şou-biznes

Sayqa Cahid avtomobil qəzasına düşdü - VİDEO

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

19 Sent 2019
Şou-biznes

“Maşın”da onlar yarışacaq – SİYAHI

Ölkənin ən reytinqli  layihəsi olan “Maşın” şou oktyabrın 1-dən  start götürəcək. 17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.