Eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı tədbir təşkil edilib

Eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı tədbir təşkil edilib
04 İyun 2019 14:16

Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan bayramı ilə əlaqədar “Araxçın Silent Communication” komandası tərəfindən eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı bayram tədbiri təşkil edilib.

Realpress.az xəbər verir ki, tədbirə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da qoşulub.

Tədbirdə söz alan kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq uşaqlara xoş arzularını bildirib və onlara kitab hədiyyə edib.

Çıxışçıların xoş ürək sözləri eşitmə məhdudiyyətli uşaqlara xüsusi Jest dili ilə tərcümə olunub.

Tədbirin əsas məqsədi eşitmə və danışma məhdudiyyətli uşaqların əylənməsi, öz həmyaşıdlarından seçilməməsini təmin etmək və onlarda kitaba və mütaliəyə olan marağı artırmaq olub.

Tədbirdə tanınmış və gənc ifaçılar balacaları öz mahnıları ilə sevindiriblər.


20 Noy 2019
Mədəniyyət

Alim Qasımov nəvəsi ilə duet oxudu - VİDEO

Alim Qasımov öz adını verdiyi kiçik nəvəsi Alimlə muğam ifa edib.

18 Noy 2019
Mədəniyyət

“Babamın bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim” - Cəlil Məmmədquluzadənin nəticəsi

“Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim”.

18 Noy 2019
Mədəniyyət

Ramiz Novruz əməliyyat olundu

Xalq artisti Ramiz Novruz əməliyyat olunub.