Ermənilər etiraf etdilər: cəbhədə snayperlərə "Vur!" deyilib

Ermənilər etiraf etdilər: cəbhədə snayperlərə "Vur!" deyilib
10 İyun 2019 14:39

"Onlar qisasımızı aldılar. Hər birini təbrik edirəm". Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovvanisyan Facebook-dakı səhifəsində belə yazıb. O, iyunun 1-də Dağlıq Qarabağda cəbhə xəttində güllə yarasından ölmüş Sipan Melkonyanın "qisasını alan" erməni hərbçilərin dövlət mükafatlarına təqdim olunduğunu vurğulayıb.

Təqdimatı Ermənistanın müdafiə naziri David Tonoyan edib.

İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Ermənistanın Müdafiə Nazirliyi bunu "qisasın alınması" kimi təqdim edir.

Elşən Xəlilovun şəhid düşməsini "qisas" adlandıran Ermənistan hakimiyyəti növbəti dəfə maskasını bir kənara ataraq kimlərdən ibarət olduğunu, mahiyyətini və məqsədlərini göstərdi.

Azərbaycan XİN-nin bu olayla bağlı açıqlaması yetərincə konkret və sərtdir: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir".

Ermənistanın son bəyanatı çox açıq və aşkar şəkildə 4 müddəanı bir daha təsdiqlədi:

1. Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalında olan digər ərazilərində yerləşdirilmiş hərbi hissələr Ermənistan Müdafiə Nazirliyinə məxsusdur.

2. Azərbaycan ərazilərinin 20 faizini məhz Ermənistan işğal edib və qarabağlı erməniləri "milli müqəddaratın təyini", "dövlət müstəqilliyi" və s. kimi qışqırıqları mənasız sarsaqlamalar, yalanlardır.

3. Ermənistan danışıqlar prosesində stastus-kvonu saxlamaqla yanaşı, situasiyanı maksimum gərginləşdirməyə çalışır.

4. Ermənistanın baş naziri Nikol Paşiyan bütün "sülhməramlı" bəyanatlarına rəğmən, ölkədəki ifrat millətçi, şovinist və irqçi hərbi-siyasi qruplaşmanın təsiri altında olan, xarici ölkələrdəki erməni diaspor təşkilatlarının mövqelərindən tam asılı marionetdir.

Yaşananlar, daha doğrusu, Ermənistan rəhbərliyinin xalqına yaşatdıqları əsla təsadüf deyil. Proseslər trivial səbəb-nəticə qanunauyğunluqları çərçivəsində cərəyan edir.

ATƏT MQ həmsdrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, hazırda  XİN rəhbərlərinin görüşü ərfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlatının məniqli, gözlənilən və konstruktiv məcrada davam etdirilməsini istəmir.

Ermənistan Müdafiə Nazirliyinin açıqlaması isə bir daha göstərir ki, hərbçimiz Elşən Xəlilov bilavasitə düşmən ölkənin müdafiə naziri David Tonoyanın "Vur!" əmrindən sonra hədəfə alınıb.

Bunun bir adı var - alçaqlıq, siyasi əxlaqsızlıq və rəzillik.

Eyni zamanda Nikol Paşinyanın yalançılığı və ya bivecliyi.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq iqtisadi formuda olarkən Nikol Paşinyan "Dağlıq Qarabağ münaqişəsi zonasında və cəbhə xəttində baş verən insidentlərə Ermənistan rəhbərliyinin heç bir aidiyyəti yoxdur: biz belə əmrlər və ya göstərişlər vermirik" demişdi.

Bu bəyanatdan cəmi bir neçə gün sonra Ermənistanın müdafiə nazirinin sözçüsü "qisas aldıq" yazır.

Belə çıxır ki, Nikol Paşinyan nazirlərin nə etmələrindən bixəbərdir və İrəvandakı hakimiyyətdə çox pis pərdələnmiş hərc-mərclikdir. Yox əgər əksidirsə, onda Nikol Paşinyan ağ yalan danışır, cəbhə xəttindəki insidentlərə görə bilavasitə məsuliyyət daşıyır və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsinə yönəlmiş danışıqlar prosesində oyunçuluq edir, "sülhməramlı" olduğunu imitasiya edir.

Fəqət, Nikol Paşinyan çox pis aktyor, Ermənistandakı hakimiyyət isə yaramaz əyalət truppasıdır. Nədən ki, ifraz olunan aqressiya, söylənən yalanlar artıq nə ATƏT-in Minsk Qrupunun həmsədrlərini, nə də dünya birliyini aldada bilmir.

Avropa İttifaqı və ABŞ "soyuqqanlı" adlandırdığı davranışla guya aldandığını göstərir - fəqət İrəvanın hər yalanı Qərbin Ermənistan qarşısında qoyduğu şərtlərin və tələblərin daha da ağırlaşmasına səbəb olur.

Belədə Qərb də ikiüzlü, çoxsaylı standartlara söykənən yarıtmaz siyasətinə son qoymalı, Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların yenidən başlanmasını istəmirsə, mənasız söz yığını olan bəyanatlardan real, əməli işə keçməlidir.

Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin qarşısı sərt təpkilərlə alınmazsa, münaqişənin çözülməsinə yönəlmiş danışıqların sabotaj edilməsinə son qoyulmazsa, Azərbaycanın müharibədən savayı bir çıxış yolu qalmır.

Nədənmi?

Donuzu xoşnut etməklə o, darıdan çıxmaz.

Azərbaycan o donuzla davranmağın yolunu bilir. Sadəcə, Minsk Qrupunun imkanlarından real istifadəni gözləyirik.

Səbr isə sonsuz nəsnə deyil...


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.