AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.
AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu-Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.
Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna müraciət edə bilərsiniz. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.