"Görün nə günə qalmışıq ki..." - Namiq Qaraçuxurlu tənqidlərə cavab - VİDEO

"Görün nə günə qalmışıq ki..." - Namiq Qaraçuxurlu tənqidlərə cavab - VİDEO
08 İyul 2019 14:45

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. 

Realpress.az xəbər verir ki, ARB bununla bağlı tanınmışlar arasında sorğu keçirib. 

Sorğuda iştirak edənlərin heç biri dahi Nəsiminin neçənçi doğum gününün qeyd edildiyini deyə bilməyib. Sorğunun videosu sosial şəbəkələrdə paylaşılıb və məşhurlar tənqid olunub.

Sorğuda iştirak edən meyxanaçı Namiq Qaraçuxurlu tənqidlərə belə cavab verib:

"Nəsiminin doğum tarixin bilməmək savadsızlıq deyil. Azərbaycanın yüzlərlə dahisi var. Ən savadlı adamlar belə onların əksəriyyətinin doğum tarixini bilməyə biler. Biri Nəsimini bilər, o biri bilməz. O biri Fizulini bilər, digəri bilməz. Bunun savadla heç bir əlaqəsi yoxdur. Savad sözünü anlamayanlar və savadı olmayanlar belə şeylərlə təsəlli tapırlar. Kiminse savad almaq vaxtı, şəraiti olmaya bilər, amma məntiqsiz olmaq insanın beyninin boş olmasından xəbər verir. Görün nə günə qalmışıq ki, artıq savad toplamaq bir yana, savadın nə olduğunu unutmuşuq!"


12 Dek 2019
Şou-biznes

Vəfa Zeynalovadan kədərli PAYLAŞIM — FOTO

Əməkdar artist Vəfa Zeynalova vəfat edən qardaşı haqqında paylaşım edib.

11 Dek 2019
Şou-biznes

Çalıquşunun Fəridəsindən — EVLİLİK AÇIQLAMASI

Məşhur aktrisa Aydan Şener qızı dünyaya gəldikdən sonra bir daha evlilik haqqında düşünmədiyini etiraf edib.

10 Dek 2019
Şou-biznes

Fərqanə Qasımovanın “Nəva” muğamı Fransada - VİDEO

Əməkdar artist, xanəndə Fərqanə Qasımova hazırda Parisdə qastroldadır.