İlk dəfədir Türkiyəyə istirahətə gedirəm. Bundan əvvəl ancaq işlə bağlı getmişəm. indi isə dincəlməyi düşünürəm.
Realpress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "X maqazin"ə açıqlamasında deyib. Müğənni anasına olan sevgisindən söz açıb:
"Tək gedəcəm, anam Həci xanımdır, hicablıdır. Mən dənizə, istirahət məkanlarına gedəcəm. Anamı oteldə necə tək qoyum? Təəssüf ki, istədiyim kimi oğul ola bilmirəm. Oğul hər an ananın yanında olmalıdır, mən isə bacarmıram. Vicdan əzabı çəkirəm. Bizimkisi "Leyli və Məcnun" sevgisidir. Oğul övladı ananı, qız isə atanı sevir".
F.Ağayev geyimlərinin yer alacağı muzey açacağını söyləyib:
"Bizdə hələ butik açan olmayıb. İlk səhnəyə çıxdığım geyimlərdən ibarət bir yer açacam. Hətta muzey aça bilərəm".
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.