Rasim Balayevin doğum günüdür - FOTOLAR

Rasim Balayevin doğum günüdür - FOTOLAR
08 Avq 2019 11:20

Xalq artisti və, bir çoxlarından fərqli olaraq, əsl XALQIN ARTİSTİ olan Rasim Balayevin bu gün doğum günüdür.

Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev  8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da məharətlə oynamışdı. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir.

Mənfi obrazları belə çox məharətlə oynamış , onların birinə görə(Səlim bəy "Qanlı zəmi") Azərbaycan SSRİ Dövlət mükafatı almışdı. 

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

















21 Fev 2020
Mədəniyyət

Müslüm Maqomayevə həsr edilən filmin treyleri yayılıb - VİDEO

Müslüm Maqomayevə həsr edilən filmin treyleri yayılıb - VİDEO

17 Fev 2020
Mədəniyyət

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

12 Fev 2020
Mədəniyyət

Jurnalistlər bir-birilərini canlı yayımda “atəşə” tutdular - VİDEO

Jurnalistlər bir-birilərini canlı yayımda “atəşə” tutdular - VİDEO