Xınalıqda Yaradıcı Mədəniyyət Mərkəzi yaradılır - ÖZƏL

Xınalıqda Yaradıcı Mədəniyyət Mərkəzi yaradılır - ÖZƏL
16 Avq 2019 16:35



Xınalıq Mədəniyyət Evinin yerində xüsusi Yaradıcı Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulur.

Bununla bağlı realpress.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, bu dəyişiklik Nazirlər Kabinetinin "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda etdiyi qərara əsasən həyata keçiriləcək.

K.Quluzadə deyib ki, bu mərkəzdə turistlərə yerli yaradıcılıq nümunələri, xalçalıq, daş üzərində oyma, toxuculuq nümayiş etdiriləcək:

"Onlar yerli sənətkarlarla birgə bütün yaradıcı prosesdə iştirak edə biləcəklər. Nəticədə, yerli əhali həm turizm zəncirinə qoşularaq gəlir əldə edəcək, həm də mədəni irsimiz təbliğ olunacaq".

Agentlik rəsmisi əlavə edib ki, yaxın günlərdə müvafiq işlərə başlanacaq:

"Çünki mərkəzin lahiyələndirilməsi işləri görülməlidir. Ondan sonra digər işlər həyata keçiriləcək".


23 Sent 2019
Mədəniyyət

Azərbaycanlı musiqiçinin kəşfi Rusiya kanalında - VİDEO

Azərbaycanlı musiqiçi Qurban Məmmədovun hazırladığı elektron qarmon hamının diqqətini cəlb edib. 

19 Sent 2019
Mədəniyyət

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

"Hər şey daxil" verilişi Xalq artisti Ramiz Əzizbəylinin evindən canlı yayım edib.