Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. C. Zeynallı "Qafqazinfo"ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirdi:
"Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir.
Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?".
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.