Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH

Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH
17 Okt 2019 12:50


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Prezident İlham Əliyevin yanında iqtisadi müşavirəni şərh edib.

F.Ağamalı realpress.az-a açıqlamasında deyib ki, Prezident müşavirədə çox ciddi məsələlərə toxunub.

“Prezident əldə olunan uğurları qeyd etməklə yanaşı, çatışmayan məqamların da təsnifatını önə çəkdi. Bu nöqsanların aradan qaldırılmasının yollarını göstərdi”, - deyə F.Ağamalı bildirib.

Deputat F.Ağamalı qeyd edib ki, Prezident bütün nöqsanların aradan qaldırılmasını önə çəkərək hökumətə öz tapşırıqlarını verdi.

“Cənab Prezident korrupsiyanın, rüşvətxorluğun, kölgə iqtisadiyyatının aradan qaldırılmasına xüsusi diqqət yetirdi. Ölkə başçısı iri şirkətlərin vergidən yayınmasının yolverilməzliyini vurğuladı”.

Ölkə başçısı müşavirədə gömrük və vergi sistemində şəffaflığın, həyata keçirilmiş islahatların büdcəyə əlavə gəlir gətirdiyini konkret faktlarla sadalayıb.

Prezident Azərbaycan iqtisadiyyatına, onun inkişafına mane olan digər məqamları da sadalayıb.

Ölkə başçısı, müşavirədə Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsindən də söz açıb.

Prezident qeyd edib ki, Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırıb.

“Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir.

Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?

Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

Prezident daha sonra söyləyib ki, iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Prezident bunun səbəbləri barədə isə bunları deyib:

“Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən, mətbuatda”.

AVP sədrinin fikrincə, Prezidentin çıxışında bu amilləri qabartması kifayət qədər narahatedici məqamdır.

Onun sözlərinə görə, ölkə başçısı səviyyəsində belə problemlərin Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırılması düşündürücüdür.

“Köhnə təfəkkürlə, köhnə metodlarla fəaliyyət göstərmək bəzi məmurların yaşam tərzidir. Bu da, əlbəttə ki, yolverilən deyil. Ölkə Prezidenti tərəfindən köhnə təfəkkürlü məmurlara çox ciddi xəbərdarlıq edildi”, - deyə F.Ağamalı əlavə edib.

Parlamentari düşünür ki, Prezidentin çıxışı növbəti kadr islahatlarının anonsudur.

“Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan, dövlətimizə töhfə vermək əvəzinə inkişafa mane olan məmurların vəzifələrindən uzaqlaşacağı gün çox da uzaqda deyil”.

F.Ağamalı onu da söyləyib ki, deputat və partiya sədri kimi Prezidentin çağırışlarını birmənalı şəkildə müdafiə edir.

Aqşin Kərimov

25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.