Sərdar Ortaç evlənir

Sərdar Ortaç evlənir
04 Noy 2019 14:42


Türk müğənnisi və bəstəkarı Sərdar Ortaç yenidən evlənmək qərarına gəlib.

Gözlənilmədən arvadı - irlandiyalı model Xloye Louqnadan boşanan Sərdar sevgilisinin olduğunu açıqlayıb.

Dünən axşam konsert verən sənətçi sevənlərinə yaxın müddətdə yenidən evlənə biləcəyini və sevgilisinin olduğunu bildirib.

“Hazırda həyatımda hər şey yaxşıdır. Səhhətimdə heç bir problem yoxdur. Şükür allaha ki, əlayam. O qədər yaxşıyam ki, yaxınlarda məni sürpriz gəlin namizədlə  görə bilərsiniz. Hazırda həmin şəxs buradadır. Amma bu gün onun kimliyini açıqlaya bilməyəcəm”, - deyə Sərdar qeyd edib.

Qeyd edək ki, Sərdar Ortaç-Xloye Louqna cütlüyü səkkiz illik evlilikdən sonra avqustun 8-də boşanıb. Hətta boşandığını son anda öyrənən Xloyenin halı qəfildən pisləşib və xəstəxanalıq olmuşdu.

İddialara əsasən, modelin Serdara hamilə olduğunu demədən uşağı tələf etməsi ayrılığa səbəb olub.



19 Noy 2019
Şou-biznes

Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə — VİDEO

Bu gün “Nəsimi ili” çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin klip təqdimatı olub.

19 Noy 2019
Şou-biznes

Bakıda avtomobillərin sürət yarışı ağır qəzaya səbəb oldu - VİDEO

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

19 Noy 2019
Şou-biznes

Maykl Ceksonu ölümündən sonra məhkəməyə verdilər

“Neverlandı tərk edəndə” adlı qalmaqallı sənədli filmin baş qəhrəmanı olmuş Uade Robson və Ceyms Seyfçak popun kralı, mərhum Maykl Ceksonun miras fondunu məhkəməyə veriblər.

18 Noy 2019
Şou-biznes

Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - TƏKLİF + VİDEO

Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - TƏKLİF + VİDEO