Sərxan Kərəmoğlu əməkdar artisti SƏRT TƏNQİD etdi: "Başın boşdur" - VİDEO

Sərxan Kərəmoğlu əməkdar artisti SƏRT TƏNQİD etdi: "Başın boşdur" - VİDEO
07 Noy 2019 12:01

Aktyor-rejissor Sərxan Kərəmoğlu Əməkdar artist Teymur Əmraha olan ürək sözlərini efir vasitəsilə göndərib.

Realpress.az xəbər verir ki, Sərxan Kərəmoğlu "Show News” verilişində müğənninin ünvanına bu sözləri deyib:

"Teymur Əmrahın çox gözəl yaddaşı var. Birdə görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu.

Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim, uşaq doğuldu. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?”


22 Noy 2019
Şou-biznes

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı

Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb.

21 Noy 2019
Şou-biznes

Azər üçüncü dəfə evlənir

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.