Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi
05 Dek 2019 17:04


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından söz açıb.

Realpress.az-ın xəbərinə görə, E.Məmmədyarov ötən gün Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşdən danışıb.

Nazir görüşün üç saat davam etdiyini və müzakirələrin çətin keçdiyini bildirib.

“ATƏT Minsk Qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin mərhələli şəkildə həlli ilə bağlı yanaşmadan ibarətdir. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılmasıdır”, - deyə E.Məmmədyarov əlavə edib. 

O deyib ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Ermənistan silahlı bölmələri Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.

Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb. 

Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.