Sami Yusuf Azərbaycana həsr etdiyi mahnısını təqdim etdi - VİDEO

Sami Yusuf Azərbaycana həsr etdiyi mahnısını təqdim etdi - VİDEO
29 Dek 2019 09:07


Dünyaca məşhur, əslən Cənubi Azərbaycandan olan müğənni Sami Yusuf “Youtube” rəsmi kanalında “Azərbaycan” adlı bəstəsini təqdim edib.

Realpress.az xəbər verir ki, sözügedən mahnını Sami tək deyil, duet şəklində Əməkdar artist Sevda Ələkbərzadə ilə birgə ifa edib. Bununla yanaşı, bəstədə aşıq vokal hissəsini Əməkdar artist Samirə Əliyeva, muğam parçalarını Əməkdar artist Təyyar Bayramov və Kənan Bayramlı səsləndirib. 

Qeyd edək ki, yayımlanan videogörüntü iyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsindəndir. Həmin tədbirdə Sami Yusufun Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yazdığı “Sığmazam” qəzəlinə oxuduğu mahnı izləyicilər tərəfindən rekord baxış toplayıb. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.